Qəzada şəhid olan Türkiyə hərbçiləri ilə vida mərasimi – FOTO/VİDEO – YENİLƏNİB

Hazırda oxunan: Qəzada şəhid olan Türkiyə hərbçiləri ilə vida mərasimi – FOTO/VİDEO – YENİLƏNİB

580515

Ankarada Türkiyəyə məxsus “C130” tipli hərbi nəqliyyat təyyarəsində həlak olan 20 hərbçi ilə vida mərasimi keçirilib.

Bizim.Media “Hürriyet”ə istinadən xəbər verir ki, mərasim Mürted Hava Meydan Komandanlığında təşkil edilib.
 

Tədbirə ölkə Prezidenti Rəcəb Tayyib Ərdoğanın müavini Cevdet Yılmaz, Türkiyə Böyük Millət Məclisinin (TBMM) sədri Numan Kurtulmuş, müdafiə naziri Yaşar Güler, eləcə də dövlət rəsmiləri, siyasətçilər, Türkiyə Silahlı Qüvvələrinin komandanlığı və şəhid ailələri qatılıb. Mərasimdən sonra hərbçilərin cənazələri dəfn yerlərinə yola salınıb.


Xatırladaq ki, noyabrın 11-də Azərbaycan-Gürcüstan sərhədində Türkiyə Silahlı Qüvvələrinə məxsus “C-130” tipli təyyarənin qəzaya uğraması nəticəsində təyyarədə olan 20 hərbçinin hamısı həlak olub.

*** 10:35

Türkiyənin Gürcüstanda qəzaya uğrayan C-130 yük təyyarəsində şəhid olan 20 hərbçi ilə Ankaradakı Mürted Hava Bazasında vida mərasimi keçirilir.

Bizim.Media xəbər verir ki, mərasimdə hərbçilərin ailələri və yaxınları ilə yanaşı, siyasətçilər və Türkiyə Silahlı Qüvvələrinin rəhbər heyəti iştirak edir.

Qeyd edək ki, hərbçilərin 19-u bu gün dəfn ediləcək. Pilot polkovnik-leytenant Gökhan Korkmazın cənazəsi isə şənbə günü İstanbulda dəfn olunacaq.

Xatırladaq ki, noyabrın 11-də Azərbaycandan Türkiyəyə uçan Türkiyəyə məxsus C-130 tipli hərbi nəqliyyat təyyarəsi Gürcüstan ərazisində qəzaya uğrayıb. Qəza nəticəsində təyyarədə olan 20 hərbçinin hamısı həyatını itirib.




















Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin