Yeni çəkilən avtobus zolağı yolda daha xaotik vəziyyət yaradıb - Sürücülər narazıdır – VİDEO

Hazırda oxunan: Yeni çəkilən avtobus zolağı yolda daha xaotik vəziyyət yaradıb - Sürücülər narazıdır – VİDEO

580496

Bakı-Sumqayıt yolunda yeni çəkilən avtobus zolağı sürücülər arasında narazılıq yaradıb. 

Bizim.Media “Xəzər TV”yə istinadən xəbər verir ki, əvvəllər dörd zolaqla hərəkət edən avtomobillər indi üç zolaqla yol alır və bu da tıxacları daha da artırıb.

Sürücülər bildirirlər ki, əvvəllər 20 dəqiqəyə qət etdikləri məsafəni indi ikiqat vaxta gedirlər.

Onların sözlərinə görə, həmin yolda daim tıxac olub. Lakin zolaq sayının azaldılmasından sonar vəziyyət daha da xaotik hal alıb.
 

Ekspertlər isə bildirirlər ki, həmin istiqamətdə yasayıs məntəqələrinin çoxluğu nəqliyyat axınını artırır. Ekspertlər problemin həlli kimi vətəndaşların ictimai nəqliyyata üstünlük vermələrini görür.


Qeyd edək ki avtobuslar əvvəllər  Moskva prospekti- Biləcəri enişi və dairəsi kimi tanınan ərazidən keçməklə Sumqayıt-Masazır-Xırdalan  istiqamətində hərəkət edirdilər.

Daha ətraflı videoda:



Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin