Daxili İşlər Nazirliyi Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzi sürücü və piyadalara müraciət edib.
Bizim.Meida xəbər verir ki, müraciətdə deyilir:
“Sürücülər yaxşı bilir ki, yüksək sürətlə hərəkət etmək, təhlükəli manevrlər etmək, ara məsafəsini düzgün saxlamamaq və piyada keçidlərinə diqqət yetirməmək qəzalara səbəb olur. Piyadalar da anlayır ki, işıqfor siqnallarına məhəl qoymamaq, keçiddən istifadə etməmək və sürücünün yol verdiyinə əmin olmadan yolu keçmək təhlükəlidir.
NİİM-in müşahidə kameralarının təhlili göstərir ki, bu qəzalara əsasən diqqətsizlik və məsuliyyətsizlik səbəb olur. Qəzalar çox vaxt piyada keçidlərinin yaxınlığında, lakin keçidlərdən kənarda baş verir.
Unutmayaq: həyat və sağlamlığımız üçün vacib olan qismət deyil, diqqət və məsuliyyətdir!”
Bizim.Media


































































































