Paytaxtda SÖKÜNTÜ: Hansı ərazilər plana düşüb? - VİDEO

Hazırda oxunan: Paytaxtda SÖKÜNTÜ: Hansı ərazilər plana düşüb? - VİDEO

577239

Paytaxtın Səbail rayonu ərazisində söküntü işlərinə başlanılacaq.

Bizim.Media Xəzər TV-yə istinadən xəbər verir ki, söküntü istismar müddəti bitmiş qəzalı binaların bəzilərində həyata keçiriləcək.

Həmin ərazilərə Səbail rayonu Salman Mümtaz küçəsi, ev 30 və ev 34, eləcə də Dağlıq küçəsi, ev 24 ünvanında yerləşən istismar müddəti bitmiş qəzalı binalar daxildir.

Sakinlər bildirirlər ki, onlara evlərinin yerləşdiyi əraziyə uyğun olaraq kompensasiya ödənilmir. Sadəcə olaraq, evin hər kvadratmetri üçün 1550 manat ödəniş edilib. Ailələrin bəziləri bununla razılaşaraq evdən çıxsalar da, bəziləri həmin məbləği istəmirlər.

Sakinlər həmçinin iddia edirlər ki, qiymətləndirilmə zamanı onların evlərinin ölçüləri də düzgün aparılmayıb.
 

Məsələ ilə bağlı Dövlət Şəhərsalma və Arxitektura Komitəsindən bildirilib ki, sakinlərin çoxsaylı müraciətlərinə əsasən aidiyyəti qurumlar tərəfindən sözügedən binaya baxış keçirilib və qəzalı vəziyyətdə olması müəyyən edilib.


Salman Mümtaz küçəsi, ev 34 ünvanı üzrə 16 mülkiyyət sahibi ilə notarial qaydada müqavilə bağlanılaraq kompensasiya ödənilib və köçürülmə təmin edilib. Digər sakinlər isə təklif edilən kompensasiya məbləği ilə razılaşacaqları təqdirdə qısa müddət ərzində eyni qaydada müqavilə bağlanılacaq və kompensasiya ödənilərək köçürülmə təmin ediləcək.


Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin