Noyabrın 30-da Dövlət Sərhəd Xidmətinin (DSX) Mi-17 tipli 20136 bort nömrəli hərbi helikopteri Xızı rayonu ərazisində yerləşən "Qaraheybət" aviasiya poliqonunda təlim uçuşları yerinə yetirərkən qəzaya uğramasından 40 gün ötür.
Bizim.Media xəbər verir ki, qəza nəticəsində 14 nəfər ölmüş, iki nəfər yaralanmışdı.
MÖVZU İLƏ BAĞLI:
"Qaraheybət" şəhidlərinin 14 övladı himayəyə götürüldü
Baş Prokurorluq noyabrın 30-da Xızıda baş vermiş helikopter qəzasının ilkin nəticələrini açıqlayarkən bildirib ki, qəza baş verən gün helikopterin uçuşu və təlimlərə cəlb edilməsi ilə əlaqədar istintaq zamanı hər hansı qanun pozuntusu müəyyən edilməyib.
Qurum eyni zamanda helikopterin pilotların səhvi nəticəsində idarəetmədən çıxdıqdan sonra qəzaya uğramasının qısa zaman kəsiyində, yəni uçuşun 17 dəqiqə 17-ci saniyəsindən 24-cü saniyəsinədək olan müddət ərzində baş verdiyini açıqlayıb.
Bizim.Media