Rusiyanın Voronej vilayətinin Liski şəhərində polis idarəsinə hücum edən bir nəfərin görüntüləri əldə edilib.
Bizim.Media xəbər verir ki, video 16 sentyabr cümə axşamı günü REN TV kanalında yayılıb.
Kadrlarda silahlı naməlum şəxsin güllə keçirməyən jilet və hərbi forma geydiyi görünür. Qeyd olunur ki, hadisə nəticəsində bir hüquq-mühafizə orqanının əməkdaşı yaralanıb.
Telekanalın məlumatına görə, özəl mühafizə şirkətinin 34 yaşlı əməkdaşı polis idarəsinə hücum etməkdə şübhəli bilinir. O, əraziyə gümüşü rəngli “Lada Niva” avtomobili ilə gəlib.
Hazırda xüsusi təyinatlılar təcavüzkarı axtarır. Onun şəkilləri qonşu bölgələrə də göndərilib. Bundan əlavə, axtarışlar havadan helikopterlər vasitəsi ilə də aparılır.
Bizim.Media