Azərbaycan Ordusu Ağdama bayrağımızı sancdı

Hazırda oxunan: Azərbaycan Ordusu Ağdama bayrağımızı sancdı

3159

Azərbaycan Respublikasının Prezidenti, Ermənistan Respublikasının baş naziri və Rusiya Federasiyasının Prezidentinin imzaladığı 3 tərəfli Bəyanata əsasən noyabrın 20-də Ağdam rayonuna daxil olan Azərbaycan Ordusunun bölmələri ərazidə bir sıra tədbirlər həyata keçirib.

Müdafiə Nazirliyindən Bizim.Media-ya verilən məlumata görə, Qoşunlarımızın bu istiqamətdə təhlükəsiz hərəkətinin təmin edilməsi məqsədilə ərazilər gecə saatlarında minalardan təmizlənib, mühəndis-istehkam işləri başa çatdırılıb, hərəkət marşrutu üzrə yollar istifadəyə hazır vəziyyətə gətirilib.

Hazırda bölmələrimizin şəxsi heyəti və zirehli texnikasının ərazidə dislokasiya olunması üçün zəruri tədbirlər icra olunur.

İşğaldan azad olunan Ağdam rayonu tamamilə Azərbaycan Ordusunun nəzarəti altına keçib. Ağdam şəhərinin mərkəzində Azərbaycanın Dövlət Bayrağı ucaldılıb, Dövlət himni səsləndirilib və Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı cənab İlham Əliyevə məruzə olunub.

Ağdam şəhərindəki Cümə məscidi və ərazisi hərbçilərimiz tərəfindən təmizlənib, məsciddə Azan oxunub və Cümə namazı qılınıb.  

Bizim.Media
 

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin