“Rusiya sülhməramlıları Dağlıq Qarabağdakı Laçın dəhlizi boyunca mülki nəqliyyat vasitələrinin təhlükəsizliyini təmin edirlər”.
Bizim.Media xəbər verir ki, bu barədə Rusiyanın Müdafiə Nazirliyi məlumat yayıb.
Bildirilib ki, sülhməramlılar müşahidə məntəqələrindən keçən bütün avtomobilləri yoxlayırlar.
Hərbi polis bölmələri isə Laçın dəhlizindən Xankəndiyə gedən yola marşrut boyu nəzarət edirlər.
Atəşkəsə nəzarət 23 müşahidə məntəqəsində həyata keçirilir.
Cənub zonasında 12, şimal zonasında 11 müşahidə postu qurulub.
Qeyd edək ki, Qafqazinfo sülhməramlıların Laçın dəhlizində yeni görüntülərini paylaşıb.
Həmin kadrları sizə təqdim edirik.
Bizim.Media