Azərbaycanda atalıq məzuniyyətinə görə pul ödəniləcək? - Video

Hazırda oxunan: Azərbaycanda atalıq məzuniyyətinə görə pul ödəniləcək? - Video

272492

Azərbaycanda ödənişli atalıq məzuniyyətini nəzərdə tutan qanun layihəsi hazırlanır. İndiyə qədər bu məzuniyyət növü mövcud olsa da, əksər kişilər bundan yararlanmırdı. Çünki atalıq məzuniyyəti, mövcud qanunvericiliyə görə, ödənişsizdir.

Bizim.Media “Xəzər” TV-yə istinadən xəbər verir ki, Milli Məclisin Ailə, qadın və uşaq məsələləri komitəsinin sədr müavini Jalə Əliyeva bildirib ki, ödənişli atalıq məzuniyyətinin müddəti dəyişməyəcək, 14 iş günü olaraq qalacaq.

Millət vəkili qeyd edib ki, bu, ölkədə ailə institutunun möhkəmlənməsinə paralel olaraq, valideyn məsuliyyətinin bölüşdürülməsinə xidmət edir.

Daha ətraflı videomaterialda:


Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin