Bakıdakı pişik bir günə məşhurlaşdı - Video - Fotolar

Hazırda oxunan: Bakıdakı pişik bir günə məşhurlaşdı - Video - Fotolar

271269

Bakıda Formula 1 üzrə ayrılmış zonada gəzən pişik ötən gündən dünyada marağa səbəb olub.

Bizim.Media xəbər verir ki, Formula 1, “McLaren”, “Mercedes AMG F1” və digər komandaların rəsmi instaqram və “X” səhifələri pişiyin görüntülərini paylaşıb.
 

Hətta “Mercedes AMG F1”nin hesabında o, “Kitty Antonelli” kimi təqdim olunaraq Bakının ulduzu adlandırılıb.


Sərbəst yürüşlərin baş tutacağı ərazidə gəzən pişiyin foto və videoları isə sosial şəbəkələrdə maraqla qarşılanıb.

Qeyd edək ki, “Formula 1 üzrə Azərbaycan Qran-Prisi” 19-21 sentyabr tarixlərində keçiriləcək. 8-ci dəfə ölkəmizdə baş tutan yarışı izləmək üçün Bakıya 13 mindən çox turistin gələcəyi gözlənilir. (qafqazinfo.az)

















Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin