Biləcəridəki dəhşətli qəzanın BAŞVERMƏ ANI - VİDEO

Hazırda oxunan: Biləcəridəki dəhşətli qəzanın BAŞVERMƏ ANI - VİDEO

269067

Xəbər verdiyimiz kimi bu gün Bakıda yük maşını körpüdən aşaraq avtomobillərin üzərinə düşüb.

Bizim.Media xəbər verir ki, baş vermiş yol-nəqliyyat hadisəsinin sosial şəbəkələrdə video görüntüləri yayılıb.
 

MÖVZU İLƏ BAĞLI:

SON DƏQİQƏ! Bakıda “KamAZ” avtomobillərin üzərinə aşdı - Ölənlər var - VİDEO


Qeyd edək ki, qəza hadisəsi səhər saatlarında Binəqədi rayonu Biləcəri qəsəbəsində baş verib.

Belə ki körpünün üzərində hərəkət edən dövlət qeydiyyat nömrəsi 72-CA-837 olan yük maşını “Changan” markalı (90-ZY-012) minik avtomobilinin üzərinə aşıb.

Qəzanın səbəbkarı olan KAMAZ yük maşınının sürücüsü 1976-cı il təvəllüdlü Vahid Abdullov və minik maşınının sərnişini 1982- ci il təvəllüdlü Abdulla Hacıyevaldığı xəsarətlərdən hadisə yerində həyatlarını itiriblər.
 

Minik avtomobilinin sürücüsü 1978-ci il təvəllüdlü Yusif İbrahimov isə müxtəlif xəsarətlərlə xəstəxanaya çatdırılıb, lakin onun həyatını xilas etmək mümkün olmayıb. Həkimlərin səylərinə baxmayaraq, Y. İbrahimov Klinik Tibbi Mərkəzdə vəfat edib.


Qəzanın səbəbləri araşdırılır.

Sözügedən qəzanın başvermə anının videogörüntülərini təqdim edirik:


Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin