AZAL təyyarəsinin vurulan blokları ABŞ-a ekspertizaya göndərildi - YENİ DETALLAR - VİDEO

Hazırda oxunan: AZAL təyyarəsinin vurulan blokları ABŞ-a ekspertizaya göndərildi - YENİ DETALLAR - VİDEO

263945

AZAL təyyarəsinin vurulan blokları ABŞ-a ekspertizaya göndərilib.

Bizim.Media xəbər verir ki, bu barədə Qazaxıstanın Baş nazirinin müavini Kanat Bozumbayev Astanada keçirdiyi mətbuat konfransında məlumat verib.

Onun sözlərinə görə, AZAL-a məxsus Embraer-190 təyyarəsinin Qazaxıstanın Aktau şəhəri yaxınlığında qəzaya uğramış bortundakı aviyonika modulu — təyyarənin idarəetmə və naviqasiya blokları — ABŞ-ın "Honeywell International" şirkətinə ekspertizaya göndərilib. Sözügedən şirkət həmin avadanlığın istehsalçısıdır.

“Modul və GPS sistemi ilə bağlı qərarların koordinasiyası üçün Braziliya, Rusiya və Azərbaycan nümayəndələrinin iştirakı ilə beynəlxalq konfrans təşkil olunub”, – Bozumbayev bildirib.

Baş nazir müavini əlavə edib ki, mübahisəli aviasiya bloku ABŞ-ın Arizona ştatının Finiks şəhərinə göndərilib. Onun sözlərinə görə, hazırda üç altkomissiya üzrə sənədlərin təhlili aparılır və bütün ekspertiza mərhələləri başa çatdıqdan sonra yekun hesabatın hazırlanmasına başlanacaq. (Musavat.com)


Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin