Ucarda güclü yanğın – ANBAAN VİDEO

Hazırda oxunan: Ucarda güclü yanğın – ANBAAN VİDEO

238092

Fövqəladə Hallar Nazirliyinin (FHN) “112” qaynar telefon xəttinə Ucar rayonu, Təzə Şilyan kəndində açıq ərazidə yanğın baş verməsi barədə məlumat daxil olub.

FHN-dən Bizim.Media bildirilib ki, məlumatla əlaqədar Dövlət Yanğından Mühafizə Xidməti Kürdəmir və Ucar rayon Yanğından Mühafizə hissələrinin qüvvələri dərhal əraziyə cəlb olunub.
 

Əməliyyat şəraitinə uyğun olaraq həyata keçirilmiş zəruri və təxirəsalınmaz tədbirlər sayəsində kol-kos və qamışlıq sahədə baş vermiş yanğın havanın küləkli olmasına baxmayaraq genişlənməsinə, o cümlədən ərazidə yerləşən kommunikasiya xətlərinə keçməsinə imkan verilmədən söndürülüb.


Yanğın nəticəsində 15ha sahədə kol-kos və qamışlıq yanıb.

Ətraf ərazilər və kommunikasiya xətləri yanğından mühafizə olunub.


Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin