Bakı Olimpiya Stadionunun (BOS) yaxınlığında baş verən yol-nəqliyyat hadisəsi zamanı xəsarət alan şəxsin vəziyyəti məlum olub.
Bizim.Media xəbər verir ki. bu barədə informasiyanı Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi (TƏBİB) yayıb.
MÖVZU İLƏ BAĞLI:
Bakıda ata və azyaşlı övladı yol qəzasında HƏLAK OLDU
Mənbə qeyd edir ki, ki, hadisə zamanı xəsarət alan şəxsin vəziyyəti ağır qiymətləndirilir:
"Respublika Təcili və Təxirəsalınmaz Tibbi Yardım Mərkəzinə 16 fevral saat 23:30-da H.Əliyev prospekti, Bakı Olimpiya Stadionunun yaxınlığında yol-nəqliyyat hadisəsinin baş verməsi ilə bağlı çağırış daxil olub.
Çağırış ünvanına təcili tibbi yardım briqadası cəlb olunub. Təcil tibbi yardım briqadası tərəfindən bir nəfərin (qadın cinsli - təxminən iki yaşında) həkiməqədər ölüm faktı qeydə alınıb. 36 yaşlı şəxs (kişi cinsli) isə Sabunçu Tibb Mərkəzinə təxliyə olunarkən təcili tibbi yardım avtomobilində vəfat edib.
Xəsarət alan digər şəxs (qadın cinsli) müştərək travma diaqnozu ilə Sabunçu Tibb Mərkəzinə təxliyə olunub. Açıq kəllə-beyin travması, başın ağır dərəcəli əziyi, başın təpə nahiyəsinin əzilmiş yarası, burun-qulaq qanaxması, sol bazunun sınığı diaqnozu ilə ona zəruri tibbi yardımlar göstərilib.
Hazırda müalicəsi Cərrahi profilli reanimasiya şöbəsində davam etdirilir, vəziyyəti ağır qiymətləndirilir", - deyə məlumatda bildirilir.
Qəza yerindən görüntüləri diqqətinizə çatdırırıq.
Bizim.Media