Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə Qazax şəhərində yanğın baş verməsi barədə məlumat daxil olub.
Bu barədə Bizim.Media-ya FHN-in Mətbuat Xidmətindən məlumat verilib.
Bildirilib ki, məlumatla əlaqədar dərhal FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin Qazax rayon Yanğından Mühafizə Hissəsinin qüvvələri əraziyə cəlb olunub.
Yanğınsöndürənlərin çevik müdaxiləsi sayəsində ümumi sahəsi 96kv.m. olan birmərtəbəli fərdi yaşayış evində baş vermiş yanğın genişlənməsinə imkan verilmədən qısa müddətdə söndürülüb.
Yanğın nəticəsində üçotaqlı fərdi yaşayış evinin dam örtüyünün yanar konstruksiyaları 50kv.m. sahədə yanıb.
Evin qalan hissəsi yanğından mühafizə olunub.
Bizim.Media