ABŞ Federal Təhqiqatlar Bürosu (FTB) Yeni il gecəsi Nyu-Orleanda izdihama çırpılan avtomobilin sürücünün öldüyünü təsdiqləyib.
Bizim.Media xəbər verir ki, bu barədə "Associated Press" agentliyi məlumat yayıb.
MÖVZU İLƏ BAĞLI:
ABŞ-da sürücü yük maşınını izdihamın üzərinə sürdü: Ölənlər və yaralılar var – VİDEO
FTB hadisəni terror aktı kimi qiymətləndirib. Sürücünün polislə atışmada öldüyü qeyd olunub.
ABŞ prezidenti Co Bayden FTB-nin terror aktını araşdıracağını təsdiqləyib. “Federal, əyalət və yerli hüquq-mühafizə orqanları yeni potensial təhlükələri araşdırmaq və aradan qaldırmaq üçün səylə çalışdıqca, mən bütün resursların əlçatan olmasını əmr etmişəm”, - o qeyd edib.
“NBC News” bildirib ki, sürücü 42 yaşlı Şamsud Din Cabbardır.
Yanvarın 1-nə keçən gecə yerli vaxtla təxminən 3:15-də avtomobil izdihama çırpılıb. 10 nəfər ölüb, ən azı 35 nəfər yaralanıb.
Bizim.Media