Ermənipərəst mətbuatın Moskvadakı azərbaycanlı tələbələrlə bağlı çirkin planı İFLASA UĞRADI - VİDEO

Hazırda oxunan: Ermənipərəst mətbuatın Moskvadakı azərbaycanlı tələbələrlə bağlı çirkin planı İFLASA UĞRADI - VİDEO

221840

Rusiya Federasiyası İstintaq Komitəsi Rusiya Federasiyası hökuməti yanında Maliyyə-Hüquq Universitetinin azərbaycanlı tələbələrinin şüarlarında ekstremizm faktları aşkar etməyib. 

Bizim.Media xəbər verir ki, bu barədə Rusiya İstintaq Komitəsinin rəsmi nümayəndəsi Svetlana Petrenko məlumat verib. 

"Rusiya İstintaq Komitəsinin Moskva üzrə Baş İstintaq İdarəsinin müstəntiqi tərcüməçi ilə birlikdə ekstremizm hərəkətləri iddia olunan videoyazıları araşdırıb. Gənclərin sözlərində ekstremist xarakterli çağırışlar aşkar edilməyib. Gənclər qanunazidd hərəkətlər etmədikləri üçün istintaq müvafiq prosessual qərar qəbul edəcək", - məlumatda qeyd olunub. 
 

Qeyd edək ki, noyabrın 16-da teleqram kanallarında Moskva Maliyyə və Hüquq Universitetində Azərbaycan bayraqlı gənclərin qanunsuz şüarlar səsləndirdiyi iddia edilən video yayılıb.


Ermənilərin teleqram kanalları azərbaycanlı gənclərin guya "Allahu əkbər", "Rusları qırın" şüarları səsləndirmələri barədə feyk məlumatlar yayıblar. Feyk informasiya sürətlə sosial şəbəkələrin Rusiya seqmentində və yerli mediada yayılmağa başlayıb. İstintaq Komitəsi terror fəaliyyətinə açıq çağırışlar maddəsi ilə cinayət işi açıb. 

Lakin məlum olub ki, hadisə noyabrın 14-də Rusiya hökuməti yanında Maliyyə Universitetində baş verib.

Belə ki, təhsil ocağında "Mənim vətənim: böyük və kiçik" adlı festival keçirilib. Festival bitəndən sonra Moskva Maliyyə və Hüquq Universitetinin tələbələri əllərində Azərbaycan bayraqları “Yaşasın Azərbaycan” şüarları qışqıraraq universitetin pilləkənlərindən düşüblər. Bu zaman onların bu hərəkəti videoya çəkilib. İki gün sonra noyabrın 16-da həmin videogörüntü sosial şəbəkələrdə yayılmağa başlayıb. Erməni mətbuatı guya azərbaycanlı gənclərin ekstremist şüarlar səsləndirdiklərini iddia ediblər. 


Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin