Dörd il öncə bu gün - 2020-ci il 17 oktyabr tarixində Füzuli şəhəri işğaldan tam azad olunub.
Bizim.Media xəbər verir ki, işğal dönəmində Füzulidə ermənilər tərəfindən vandalizm aktları törədilib.
MÖVZU İLƏ BAĞLI:
İlham Əliyevdən Füzuli Şəhəri Günü ilə bağlı paylaşım – VİDEO
30 ilə yaxın davam edən işğal illərində Füzulidəki əksər tarixi və mədəni abidələr, o cümlədən yaşayış və qeyri-yaşayış obyektləri dağıdılıb.
Xatırladaq ki, Füzuli şəhəri 23 Avqust 1993-cü ildə Ermənistan ordusu tərəfindən işğal olunub. Nəticədə 55 min nəfərə yaxın füzulili öz doğma torpaqlarından didərgin salınıb.
Bizim.Media