Azad Laçının ikinci şəhər günü – VİDEO

Hazırda oxunan: Azad Laçının ikinci şəhər günü – VİDEO

208479

Laçın şəhəri 2022-ci il avqustun 26-da işğaldan azad edilib. Prezident İlham Əliyevin “Azərbaycan Respublikasının işğaldan azad edilmiş əraziləri üzrə şəhər günlərinin təsis edilməsi haqqında” Sərəncamına əsasən, 26 Avqust – Laçın şəhəri günü kimi qeyd olunur. Ötən iki il ərzində şəhərdə genişmiqyaslı bərpa-quruculuq işləri aparılıb. Rabitə-kommunikasiya xətləri yenilənib, müasir infrastruktur qurulub. İndiyədək 2031 nəfər yerli sakin doğma şəhərə qayıdıb.  

Bizim.Media xəbər verir ki, Laçın rayonunun yenidən tikilmiş Zabux və Sus kəndlərində keçmiş məcburi köçkünlərin daimi məskunlaşması təmin edilib. 

Ümumilikdə, inidiyədək Laçın rayonuna 3069 nəfər (828 ailə) yerli sakin köçürülüb. Qayıdışın davam etdirilməsi istiqamətində zəruri tədbirlər görülür. 

Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin Laçın şəhəri günü ilə bağlı hazırladığı videoçarxı təqdim edirik. 



Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin