Zelenski: "Rusiya ordusu Ukraynaya 100-dən çox raket atıb" - VİDEO

Hazırda oxunan: Zelenski: "Rusiya ordusu Ukraynaya 100-dən çox raket atıb" - VİDEO

208459

Avqustun 26-na keçən gecə və səhər saatlarında Rusiya ordusu 100-dən çox raket və 100-ə yaxın “Şahed” tipli hücum pilotsuz uçan aparatından istifadə edərək Ukraynanın mülki və enerji infrastrukturuna hücum edib. 

Bizim.Media xəbər verir ki, bunu Ukrayna prezidenti Volodimir Zelenski deyib.
 

“Xarkov və Kiyevdən tutmuş Odessaya və qərb bölgələrimizə qədər əksər bölgələrimizdə təəssüf ki, ölənlər və yaralananlar var. Xəsarət alanların hamısıına lazımi yardım göstərilir”, - deyə o, qeyd edib.


Prezidentin sözlərinə görə, enerji sektoruna çoxlu ziyan dəyib:

"Artıq hər yerdə bərpa işləri aparılır".

Rusiya Müdafiə Nazirliyi isə bildirib ki, bu gün səhər Ukrayna hərbi-sənaye kompleksinin fəaliyyətini təmin edən enerji infrastrukturu obyektlərinə kütləvi zərbə endirilib. Qurum açıqlamasında bütün hədəflərin vurulduğunu bildirib.



Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin