Bakıda səhər saatlarında "Alov Qüllələri" binaları arasında çəkilən ip üstündə gəzən kəndirbaz sakinlərin diqqətini çəkib.
Bizim.Media xəbər verir ki, bununla bağlı sosial şəbəkədə videogörüntü yayılıb.
Məsələnin nə olduğunu bilməyən sosial şəbəkə istifadəçiləri arasında panika yaranıb.
"Alov Qüllələri"nin satış və marketinq direktoru Doğu Yaman oxu.az-a enerji içkisi şirkətlərindən birinin Azərbaycan və Bakının qlobal tanıtımı üçün Dövlət Turizm Agentliyinin dəstəyi ilə reklam çarxı çəkdiyini bildirdi. Onun sözlərinə görə, "ip üzərində akrobatika" səhnəsi videoçarxın bir hissəsi olacaq.
Məsələ ilə bağlı Dövlət Turizm Agentliyinin Mətbuat Xidmətindən kəndirbazlıq səhnəsinin videoçarx üçün çəkildiyi təsdiqləndi.
Bizim.Media