Bakıda vətəndaşların vaxtilə sağlamlıq üçün üz tutduğu tibb ocağının binası indi narkotik istifadəçilərinin toplaşdığı yerə çevrilib.
Bizim.Media xəbər verir ki, söhbət Binəqədi rayonu, 6-cı mikrorayonda yerləşən poliklinika binasından gedir.
Binada şprislər, spirt fulakonları və müxtəlif tibbi ləvazimatlar var. Hər tində narkotik istifadəçilərinin izlərinə rast gəlinir.
Əraziyə yaxın məktəb və baxçanın olması isə sakinləri narahat edir.
Məsələ ilə bağlı Daxili İşlər Nazirliyindən bildirilib ki, ərazidə tədbirlər görülür. Həmin yer polis əməkdaşları tərəfindən nəzarətdə saxlanılır.
Daha ətraflı Xəzər televiziyasının videomaterialında:
Bizim.Media