Ukraynadan GECƏ HÜCUMU – Rusiyanın 4 vilayətinə ZƏRBƏLƏR ENDİRİLDİ – VİDEO

Hazırda oxunan: Ukraynadan GECƏ HÜCUMU – Rusiyanın 4 vilayətinə ZƏRBƏLƏR ENDİRİLDİ – VİDEO

205788

Ötən gecə Rusiyanın Belqorod, Bryansk, Kursk və Lipetsk vilayətləri hücuma məruz qalıb. Bundan əlavə, Ukrayna ordusu Krama da karterlərlə hücum edib. 

Bizim.Media Rusiya mətbuatına istinadla xəbər verir ki, bu barədə qeyd olunan vilayətlərin qubernatorları məlumat veriblər.
 

Ukrayna ilə sərhədyanı bölgədə yerləşən Belqorod vilayətinin Ukrayna Silahlı Qüvvələrinin “kütləvi hücumuna məruz qaldığını” bildirən regionun qubernatoru Vyaçeslav Qladkov hava hücumundan müdafiənin 29 ədəd PUA-nı zərərsizləşdirdiyini açıqlayıb. Onun sözlərinə görə, hücum nəticəsində yaralanan olmasa da, bir sıra yaşayış yerlərinə, həmçinin sənaye müəssisəsinə ziyan dəyib.


Belqorod və Kursk kimi Ukrayna ilə sərhədyanı bölgədə yerləşən Bryansk vilayətinin səmasında isə dörd PUA vurulub. Qubernator regionda itki və dağıntının olmadığını bildirib.

Vəziyyətin gərginləşdiyi digər regionlardan biri də Lipetsk vilayətidir. Regionun qubernatoru İqor Artamanov Lipetskin kütləvi dron hücumuna uğradığını, enerji infrastrukturu obyektinə ziyan dəydiyini açıqlayıb.

Onun sözlərinə görə, elektrik verilişində pozuntular qeydə alınıb:

2014-cü ildən bəri işğal altında qalan Krım yarımadasındakı Sevastopol şəhəri isə qurudan və havadan hücuma məruz qalıb.

Xatırladaq ki, avqustun 6-da Ukrayna Silahlı Qüvvələri Rusiyanın sərhəddəki müdafiə xəttini yararaq Kursk vilayətinə daxil olub və bir neçə yaşayış məntəqəsini ələ keçirib. Kurskda hələ də şiddətli döyüşlər gedir.



Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin