Olimpiya Oyunları başlamazdan əvvəl Fransa hakimiyyəti tərəfindən Parisdən qovulan evsizlər yenidən paytaxta axın ediblər.
Bizim.Media xəbər verir ki, miqrantlar Bastiliya meydanında çadır şəhərciyi qurublar.
Xatırladaq ki, Fransa hakimiyyəti bu ilin yazından etibarən evsiz insanları və miqrantlarla bağlı problemi ictimaiyyətin gözündən gizlətmək üçün onları Parisdən kənara göndərməyə başlamışdı.
KİV-in məlumatına görə, Parisin mərkəzində və ətraf ərazilərdə ümumilikdə 100 minə yaxın evsiz yaşayır.
Bizim.Media