35 minə yaxın müəllimin maaşı ARTIRILIB – VİDEO 

Hazırda oxunan: 35 minə yaxın müəllimin maaşı ARTIRILIB – VİDEO 

2022-ci ildən etibarən təhsilverənlərin sertifikatlaşdırma prosesinə başlanılıb və 35 minə yaxın müəllimin maaşı artırılıb. İmkanlar çərçivəsində müəllimlərin əmək haqlarına artımlar tətbiq olunaraq imtahanlar keçirilir. Naxçıvan şəhərində fəaliyyət göstərən müəllimlər də prosese qoşulub.

198304

2022-ci ildən etibarən təhsilverənlərin sertifikatlaşdırma prosesinə start verilib. İlk illərdə ibtidai sinif, azərbaycan dili və ədəbiyyat fənn müəllimləri olmaqla ümumilikdə bu günə qədər 40 mindən çox müəllim bu prosesdə iştirak edib.

Bizim.Media xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyinin direktoru Eşqi Bağırov deyib.

O bildirib ki, 35 minə yaxın müəllimin əmək haqlarına artımlar əlavə olunub:

“Proses yalnız təhsilverənlərin peşə yararlılığının ölçülməsi məqsədilə yox, eyni zamanda, onların əmək haqlarının artırılmasına da xidmət edir. Bununla əlaqədar 2022-ci ildən etibarən müəllimlərin əmək haqlarına artımlar da tətbiq olunur. Bunun nəticəsində 35 minə yaxın müəllimin əmək haqları artımla hesablanır və ödənilir”.

Qurum rəsmisi iyun ayının 21 və 24 tarixlərində keçiriləcək imtahanlarda 24 minə yaxın müəllimin iştirak edəcəyini qeyd edib:

“Bu gündən etibarən əlavə olaraq prosesə digər fənn müəllimləri də qoşulur. Belə ki, riyaziyyat və xarici dil müəllimləri bu gün və 24 iyun tarixinə qədər imtahanlarda 24 minə yaxın müəllim iştirak edəcək və yeni tədris ilindən etibarən prosesi uğurla tamamlayan müəllimlərin də əmək haqlarına əlavələr ödənilməyə başlanılacaq.

İmtahan tam elektron qaydada keçirilir. Nəticələr 120 dəqiqənin tamamında ekranlarda göstərilir. İmtahanlar təxminən 18 rayon və şəhərlərdə, 27 mərkəzdə keçirilir”.
O, həmçinin, bu il ilk dəfə Naxçıvan şəhərində fəaliyyət göstərən müəllimlərin də qoşulduğunu qeyd edib.
 


Günay Şahmar, Nicat Niftəliyev, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin