"28 May" metrosunun qarşısı niyə hasara alınıb? – RƏSMİ AÇIQLAMA – FOTO/VİDEO 

Hazırda oxunan: "28 May" metrosunun qarşısı niyə hasara alınıb? – RƏSMİ AÇIQLAMA – FOTO/VİDEO 

Bakı Metropoliteninin 28 May metro stansiyasının qarşısında dəmir hasarının olması ilə əlaqədar planlanan işlər haqqında RƏSMİ AÇIQLAMA. Ərazidə piyada zonası yaradılacaq.

197215

Dünən axşam saatlarından etibarən Bakı Metropoliteninin “28 May” stansiyasının qarşısı dəmir hasara alınıb. Ərazidə hazırda xeyli sayda işçi qüvvəsi var.

Bəs sözügedən ərazidə hansı işlər görüləcək?

Məsələ ilə bağlı Bakı şəhər İcra Hakimiyyəti ilə əlaqə saxladıq. Qurumdan Bizim.Media-ya bildirilib ki, hasara alınan ərazidə “piyada zonası” yaradılacaq:

“Bu barədə daha ətraflı məlumat yaxın saatlarda veriləcək”.

Xatırladaq ki, martın 12-dən etibarən "28 May” metrostansiyasının qarşısına şəxsi avtomobillərin girişi qadağan edilib və ərazidəki parklanma yerləri ləğv olunub. 
 







Surxay Atakişiyev, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin