Sui-qəsd nəticəsində yaralanan Slovakiyanın Baş naziri Robert Fitso hadisədən sonra ilk açıqlamasını verib.
Bizim.Media xəbər verir ki, Fitsonun "Facebook" hesabı vasitəsilə videomüraciəti yayımlanıb.
O bildirib ki, ona sui-qəsd cəhdi edən Yuray Cintulaya qarşı kin bəsləmir:
"Mən onu bağışlayıram və ona nifrət etmirəm... O, sadəcə şər və siyasi nifrətin elçisi olub".
Nazir həmçinin qeyd edib ki, iyul ayının əvvəlinə qədər işinin başına qayıtmağı planlaşdırır.
Bizim.Media