Rusiyalı professor Azərbaycan Xalq Cümhuriyyəti haqqında film hazırlayıb - VİDEO

Hazırda oxunan: Rusiyalı professor Azərbaycan Xalq Cümhuriyyəti haqqında film hazırlayıb - VİDEO

Rusiya professoru Azərbaycan Xalq Cümhuriyyəti haqqında film hazırlayıb. 106-cı yubileyi ilə bağlı hazırlanan film regionun ən qüdrətli ölkəsi Azərbaycanın yaranması hadisələrini ətraflı şəkildə ele alır.

194468

Bu gün regionun ən qüdrətli ölkəsi Azərbaycan Respublikasının yaranmasının 106-cı ili tamam olur. Bu tarixi hadisə təkcə Azərbaycanda deyil, dost və qardaş ölkələrdə də təntənə ilə qeyd edilir. 

Bizim.Media xəbər verir ki, Moskva Dövlət Beynəlxalq Münasibətlər İnstitutunun professoru Vladimir Suxoy Azərbaycan Xalq Cümhuriyyətinin yaradılması haqqında sənədli film hazırlayıb.

Bu film Rusiyanın elektron KİV-lərində, o cümlədən “Moskva-Baku.ru” saytında yayımlanıb. 

“Bir daha qalxan bayraq, bir daha enməz” adlı filmdə müəllif Cümhuriyyət tarixini ətraflı araşdırıb, əsas məqamların üzərində xeyli paralellər və təhlillər aparıb.  Rusiyalı professor təqdimata belə başlayır:

“1920-ci il aprelin 27-də qanlı döyüşlər nəticəsində XI Qızıl Ordunun hissələri Şimali Azərbaycanı ələ keçirdi. Aprelin 28-də Azərbaycan Xalq Cümhuriyyəti (AXC) parlamentinin sonuncu iclası keçirildi və bu iclasda hakimiyyətin bolşeviklərə - Azərbaycan İnqilab Komitəsinə verilməsi haqqında ultimatum qəbul edildi. Azərbaycan Xalq Cümhuriyyəti süqut etdi. Bununla da Azərbaycan xalqının tarixində ilk parlamentli respublikanın 23 aylıq tarixi başa çatdı.

Azərbaycan Xalq Cümhuriyyəti qısa müddət fəaliyyət göstərməsinə baxmayaraq, Azərbaycan xalqının azadlıq mübarizəsi tarixində dərin iz qoyub. Cümhuriyyət sübut etdi ki, müstəmləkə zülmü və repressiyaları Azərbaycan xalqının azadlıq ideallarını və yaranmaqda olan dövlət müstəqilliyi ənənələrini məhv etməyə qadir deyil. Azərbaycan Xalq Cümhuriyyəti bütün Şərqdə, o cümlədən Türk-İslam dünyasında demokratik, hüquqi və dünyəvi dövlətin ilk nümunəsi oldu...”

Vladimir Suxoy bundan sonra hadisələrin əvvəllərinə Tiflis hadisələrinə qayıdır. “Zaqafqaziya seymi”nin dağılmasından sonra Müstəqil Azərbaycan dövlətinin yaradılmasını rəsmən elan edən tarixi sənəd - “İstiqlal Bəyannaməsi” ndən söhbət açır:

“1918-ci il mayın 28-də Zaqafqaziya Müsəlmanları Müvəqqəti Milli Şurası müstəqil Azərbaycan Xalq Cümhuriyyətinin yarandığını elan etdi. ADR-in elan olunması xəbəri bütün planetə yayıldı, bu xəbəri dünyanın aparıcı qəzetləri və radiostansiyaları yayıldı.” İstiqlal Bəyannaməsi”ndə yeni dövlətin Respublika olacağı və bu Cümhuriyyəti Azərbaycan xalqının seçdiyi insanlar idarə edəcəyi bildirildi”.

Filmdə daha sonra müvəqqəti hökümətin Gəncədəki fəaliyyətindən, sentyabrın 17-də Azərbaycan hökumətinin Gəncədən Bakıya köçməsindən və burdakı səmərəli fəaliyyətindən bəhs edilir. Veriliş boyu zəngin videomateriallardan və tarixi faktlardan istifadə edilib.
Olduqca maraqlı və zəngin faktlarla dolu olan filmi təqdim edirik:
 


Surxay Atakişiyev, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin