Xəbər verdiyimiz kimi, ötən həftə Azərbaycanda ilk dəfə Milli Xalça Festivalı keçirilib.
Bizim.Media xəbər verir ki, Heydər Əliyev Fondunun vitse-prezidenti, Leyla Əliyeva Festivalla bağlı sosial şəbəkə hesabında videoçarx paylaşıb.
Qeyd edək ki, UNESCO-nun Ümumdünya İrs Siyahısına daxil olan İçərişəhərin ev sahibliyi edəcəyi Milli Xalça Festivalı Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 25 noyabr 2016-cı il tarixli Sərəncamı ilə təsis edilmiş “Xalçaçı günü” peşə bayramına həsr edilir və UNESCO-nun Qeyri-maddi mədəni irs nümunələri siyahısına daxil edilmiş Azərbaycan xalçaçılıq sənətinin təşviqi və yaşadılması missiyasını daşıyır.
Bizim.Media