Gürcüstan parlamentində növbəti dəfə dava düşüb.
Bizim.Media xəbər verir ki, Gürcüstan parlamentinin Hüquq Komitəsinin iclasında “Vətəndaşlar” partiyasının lideri Aleko Elisaşvili parlament çoxluğunun üzvü Mamuka Mdinaradze ilə dava edib.
Belə ki, “Xarici agentlər haqqında” qanunun müzakirəsi zamanı Elisaşvili tribunanın arxasında dayanan Mamuka Mdinaradzeyə yaxınlaşıb və onun üzünə yumruq zərbəsi endirib.
Bizim.Media