“Crocus”a hücuma görə təqsirləndirilən daha bir nəfər günahını etiraf etdi – VİDEO

Hazırda oxunan: “Crocus”a hücuma görə təqsirləndirilən daha bir nəfər günahını etiraf etdi – VİDEO

184082

Rusiyanın Moskva vilayətinin Krasnoqorsk şəhərindəki “Crocus City Hall” konsert zalında terror aktı törətməkdə təqsirləndirilən ikinci şəxs Saidakrami Raçabalizoda günahını etiraf edib və həbs edilib. 

Bizim.Media xəbər verir ki, bu barədə RİA Novosti Moskvanın Basmannı məhkəməsinə istinadən məlumat yayıb. 

Məhkəmə müstəntiqin vəsatətinin təmin edilməsi və mayın 22-dək həbs qətimkan tədbirinin seçilməsi barədə qərar qəbul edib. 
Bundan əvvəl “Crocus City Hall”da baş vermiş terror aktı ilə bağlı cinayət işində iştirak edən birinci şəxs Dalerjon Mirzoyev günahını tam etiraf edib. 

Qeyd edək ki, martın 22-də Moskvadakı “Crocus City Hall”da terror aktı törədilib. Son məlumata görə, terror aktı nəticəsində 182 nəfər ölüb, 180 nəfər yaralanıb. 
 


Bizim.Media

Etiketlər:
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin