Avropa İttifaqının (Aİ) Azərbaycandakı səfiri Peter Mixalko xanımı Mira Mixalkova ilə Azərbaycan xalqını Novruz bayramı münasibətilə təbrik edib.
Bizim.Media xəbər verir ki, videomüraciət formartında olan təbrik Aİ-nin Azərbaycandakı nümayəndəliyinin rəsmi “Facebook” hesabında paylaşılıb.
“Novruz özü ilə sülh, rifah və birlik gətirən oyanış zamanıdır. Ailələr bir araya gəlir, bayram süfrələri açılır. Bütün Azərbaycan xalqının Novruz bayramını təbrik edirik! Novruz bayramınız mübarək!”, - deyə paylaşımda qeyd edilib.
Bizim.Media