Bu gündən "28 May” metro stansiyasının qarşısına şəxsi avtomobillərin girişi qadağan edilib. Əraziyə istisna hallarda ictimai nəqliyyatın girişinə icazə verilib. Bunun üçün xüsusi nişanlar da quraşdırılıb.
Stansiyanın ətrafında parklanma yeri kimi istifadə olunan ərazilərdə az sayda avtomobillərin park edildiyi gözə dəyib. Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin məlumatına görə, ərazidəki parklanma yerləri də ləğv olunacaq.
Xatırladaq ki, martın 11-i rəqəmsal inkişaf və nəqliyyat nazirinin müavini Rəhman Hümmətov Nəqliyyat Əlaqələndirmə Şurasının qərarına əsasən, martın 12-dən metronun “28 May” stansiyasının qarşısına şəxsi avtomobillərin girişinin bağlanacağını deyib.
Bizim.Media metrostansiyasının qarşısından foto və videoları təqdim edir:
Günay Şahmar, Leyla Qəhrəmanova, Bizim.Media