“Rusiya Federasiyasında hər zaman insan qıtlığı olacaq”.
Bizim.Media xəbər verir ki, bunu Ukrayna Prezidenti Volodimir Zelenski Davosda keçirilən Dünya İqtisadi Forumu çərçivəsində keçirilən yekun konfransda çıxışı zamanı deyib.
“Ruslar cəsədləri səfərbər edirlər. Səfərbərliyə cəlb olunanların qayıdıb-qayıtmayacağının Rusiya üçün fərqi yoxdur. Amma bizim üçün var.
Əhali sayına görə Rusiyadan dörd dəfə kiçik olduğumuza söz yoxdur. Əhalimizin sayı eyni olsaydı, insanları ət parçası kimi tankların altına atmazdıq”, - deyə Zelenski qeyd edib.
Bizim.Media