Şimal-Qərb bölgəsində temperatur mənfi 5 dərəcəyə endi – VİDEO   

Hazırda oxunan: Şimal-Qərb bölgəsində temperatur mənfi 5 dərəcəyə endi – VİDEO   

173047

Şimal-Qərb bölgəsində temperatur mənfi 5 dərəcəyə enib. Bu gecə qış gələndən ilk dəfə bölgə rayonlarında belə bir hal yaşanıb. 

Bizim.Media-nın yerli bürosu xəbər verir ki, artıq üç gündür ölkə ərazisində olduğu kimi Şimal-Qərb rayonlarında da qeyri-sabit hava şəraiti hökm sürür. 

Bölgənin dağlıq ərazilərinə güclü qar yağsa da, dağətəyi yaşayış məntəqələrində qar qismən, cüzi yağıb. Lakin ötən axşamdan başlayaraq gecə saatlarında temperatur mənfi dərəcəyə və ondan aşağı düşməyə başlayır. 

Bu gecə isə dağlıq və dağətəyi ərazilərdə havanın temperaturu mənfi 5 dərəcə olub. Oğuz rayonunda yerləşən Şahdağ Milli Parkının yüksək dağlıq ərazilərində isə yetərincə qar və şaxta var.
Rayonun Baş Daşağıl kənd sakinlərinin sözlərinə görə, Şahdağın ətəklərində ötən və bu gecə havanın temperaturu mənfi 5-7 dərəcə arasında dəyişib. Bu görüntülər də Milli Parkın ərazisində səhər saatlarında çəkilib. 
 


Tural Rasim oğlu, Bizim.Media, Şimal-Qərb bürosu

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin