Ağdama 42 min vətəndaş köçürüləcək – VİDEO  

Hazırda oxunan: Ağdama 42 min vətəndaş köçürüləcək – VİDEO  

170228

Ağdam rayonu Azərbaycanın 6-cı meqayaşayış statusuna namizəddir.  

Bizim.Media xəbər verir ki, bu barədə AzTV-də yayımlanan “Obyektiv” ictimai-siyasi verilişində bildirilib. 

Verilişdə üç il öncə işğaldan azad edilən Ağdam rayonunda görülən işlərlə bağlı son məlumatlar verilib. 

Qeyd edilib ki, 2026-cı ilə qədər Ağdamda 1 şəhər, 12 kəndin tikintisinin başa çatdırılması, 42 min vətəndaşın bura köçürülməsi planlaşdırılıb.  
Hazırda Ağdam şəhərində inşası davam edən 5 yaşayış kompleksində sakinlərin 70 faizdən çoxunun məskunlaşdırılacağı nəzərdə tutulub.  

Bildirilib ki, Bərdə-Ağdam avtomobil yolu və Bərdə-Ağdam dəmir yolunda işlər yekunlaşmaq üzrədir, gələn il isə Ağdam-Füzuli və Ağdam-Ağcabədi avtomobil yollarının inşası başa çatdırılacaq. Növbəti ildə Ağdam avtovağzalı və dəmiryolu vağzalı kompleksinin inşasına başlanılacaq. 

Verilişdə Ağdam Sənaye Parkında və minalanmış ərazilərdə görülən işlərlə bağlı da məlumat verilib. 

Daha ətraflı süjeti təqdim edirik: 
 


Bizim.Media

Etiketlər:
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin