Xəbər verdiyimiz kimi, bu gün Xankəndi şəhərində Ağdamın “Qarabağ” və Bakının MOİK komandaları arasında oyun keçirilib. Ölkəmizin başçısı İlham Əliyev və Birinci xanım Mehriban Əliyeva qarşılaşmanı şəhid övladları ilə birgə izləyiblər.
Bizim.Media xəbər verir ki, dövlət başçısı üçün ayrılmış sektorda oyuna tamaşa edən uşaqlarla İlham Əliyevin maraqlı dialoqu baş tutub.
Belə ki, Prezident uşaqlardan birindən hava soyuq olduğundan üst geyimini geyinməsini istəyib: “Get geyin, soyuq olar sənə. Mən yerini saxlayacağam”.
Daha sonra isə digər uşağın onu kameraya çəkdiyini görən ölkə başçısı səmimi gülümsəyərək, poz verib.
Həmin görüntüləri təqdim edirik:
Bizim.Media