"Azərbaycan və İran arasında ticarət balansı əvvəlki vəziyyətinə qayıtmalıdır".
Bizim.Media İRNA-ya istinadən xəbər verir ki, İranın yollar naziri Mehrdad Bəzrpaş Azərbaycana yola düşməzdən öncə jurnalistlərə açıqlamasında deyib.
MÖVZU İLƏ BAĞLI:
Səfirliyimizə hücumun yeni görüntüləri hansı faktları üzə çıxardı? – Terror aktının TAM TƏFƏRRÜATI
O bildirib ki, Azərbaycan-İran Birgə Əməkdaşlıq Komissiyasının azərbaycanlı həmsədri ilə Astara şəhərində görüşdük və uğurlu razılaşmalar əldə olunub:
“Azərbaycan-İran Birgə İqtisadi Əməkdaşlıq Komissiyasının həmsədrinin iştirakı ilə bu gündən sərhəd-keçid məntəqəsinin tikintisi üzrə iş podratçısı fəaliyyətə başlayacaq. Körpünün tikintisini Azərbaycan tərəfi öz üzərinə götürüb, yolun tikintisini isə İran tərəfi. Mən Azərbaycan Prezidenti ilə görüşəcəyəm və İran prezidentinin mesajını ona çatdıracağam. Azərbaycanın Tehrandakı Səfirliyində baş verənlərlə bağlı iş Məhkəmə Sistəminin rəhbəri və prezidentin nəzarətindədir və yaxın vaxtlarda təqsirkar barəsinfə hökm çıxarılacaq".
Bizim.Media