Azərbaycanın Milli Qəhrəmanı, şəhid general-mayor Polad Həşimovun doğulduğu Qəbələ rayonunun Vəndam kəndindəki xatirə portreti insanların qürur yerinə çevrilib.
Bizim.Media olaraq ötən gün İsmayılı-Şəki avtomobil yolunun Qəbələnin Vəndam kəndindən keçən hissəsində Polad Həşimovun xatirə portretinin yanında ayaq saxlayarkən maraqlı bir hadisənin şahidi olduq.
Yolun alt hissəsi ilə piyada gedən qadının generala ehtiramını bildirmək üçün əsgər salamı verərək keçdiyinin şahidi olduq. Qadın "hər dəfə bunu edirsiz?” sualımızı təsdiq edərək yoluna davam etdi.
Bu, onu göstərir ki, xalq öz qəhrəmanını unutmur.
Həmin görüntüləri təqdim edirik:
Aytəkin Alxaslı, Bizim.Media, Şimal bürosu