Xəbər verdiyimiz kimi, Ukrayna prezidenti Volodimir Zelenski milliyətcə Krım tatarı olan Rüstəm Umerovu yeni müdafiə naziri təyin edib.
Bizim.Media “TGRT”-yə istinadla xəbər verir ki, Rüstəm Umerov türkcə açıqlamalar verib.
“Hörmətli liderimiz Zelenski bizə zəng edib, Krım türklərinin diplomatik, siyasi dəstəyini istədi”, - deyə Umerov qeyd edib.
Qeyd edək ki, Rüstəm Umerov daha əvvəl Ukrayna Dövlət Əmlak Fondunun rəhbəri vəzifəsində çalışıb. Umerovdan əvvəl müdafiə naziri vəzifəsini tutan Oleksiy Reznikov isə barəsində yayılan korrupsiya iddialarından sonra istefaya göndərilib.
Bizim.Media