Dünən axşam yağan güclü yağış nəticəsində Qarasu çayında suyun səviyyəsi artıb, nəticədə sel suları Oğuz rayonunun Xalxal kəndinə ziyan vurub.
Bizim.Media report.az-a istinadən xəbər verir ki, məktəbə gedən körpünün bir hissəsi çöküb, bir neçə ailənin həyətinə və tövləsinə su dolub.
Asfalt yolunun kənarlarını su yuyub, bir neçə elektrik dirəyi sıradan çıxıb.
Hazırda aidiyyəti qurumların nümayəndələri ərazidə iş aparırlar.
Bizim.Media