Parklanma ilə bağlı ƏSL MƏNZƏRƏ – “Parkovşik”lər hələ də İŞ BAŞINDADIR – VİDEOREPORTAJ

Hazırda oxunan: Parklanma ilə bağlı ƏSL MƏNZƏRƏ – “Parkovşik”lər hələ də İŞ BAŞINDADIR – VİDEOREPORTAJ

153080

Avqustun 7-dən etibarən parklanma ilə bağlı yeni qaydaların tətbiqinə başlanılıb. Nazirlər Kabinetinin yeni qərarına görə nəqliyyat vasitələrinin parklanmasına görə ödənişin məbləği yalnız dövlətə məxsus parkinqlərdə qüvvədədir. 

Avtomobillərin parklanmasına görə ödənişlər yalnız nağdsız qaydada həyata keçiriləcək. Qanunla parklama yerlərində ilk 15 dəqiqə pulsuz dayanmaq olar.

Parklanma yerindən yolun hər iki kənarı boyu 100 metr məsafədə yerləşən ev və ya binalarda yaşayan sakinlər isə fərdi parklanma talonları almaqla parkinqlərdən ödənişsiz istifadə edə bilərlər. 

Yeni tariflərin qüvvəyə minməsi paytaxtın parklanma problemini həll etmək məqsədi daşısa da, illərdir iş başında olan “parkovşiklər” yenə də qanunun əksinə gedirlər. Bakının müxtəlif küçələrində hələ də qanunsuz park yerləri və "parkovşik"lər fəaliyyət göstərir.

Sürücülər ödənişi “parkovşik” adlandırdığı şəxslərə ödəyir. Əvəzində isə onlara nə təsdiqedici sənəd göstərilir, nə də ödənişə dair qəbz verilir.

Acınacaqlısı isə odur ki, qanunsuz fəaliyyət göstərən "parkovşikərə" heç kim sahib çıxmır.

Halbuki, bu "parkovşiklər", hər gün sürücülərin cibinə girərək, yığılan vəsaiti kiməsə ötürür.

Bizim.Media-nın bununla bağlı hazırladığı sujetdə də vəziyyətin hələ də dəyişmədiyi öz əksini tapıb. 

Bəs, yeni qərara ev sahibliyi edən Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi özbaşınalığa nə vaxt son qoyacaq?  Qanunsuz ödəniş toplayan "parkovşik"lərə qarşı hansı addımlar atılacaq?

Daha ətraflı hazırladığımız videoreportajda:
 

Röyanə Oğuz, Nicat Niftəliyev, Bizim.Media 
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin