Ermənilər növbəti dəfə "Laçın" məntəqəsindən sərbəst KEÇDİ - VİDEO  

Hazırda oxunan: Ermənilər növbəti dəfə "Laçın" məntəqəsindən sərbəst KEÇDİ - VİDEO  

152282

Beynəlxalq Qırmızı Xaç Komitəsi (BQXK) əməkdaşlarının müşayiətilə Xankəndi-Gorus istiqamətində “Laçın” sərhəd-buraxılış məntəqəsində erməniəsilli şəxslərin sərbəst keçidi növbəti dəfə təmin edilib. 

Bizim.Media xəbər verir ki, bu gün məntəqədən Gorus-Xankəndi istiqamətində BQXK-ya məxsus 10 nəqliyyat vasitəsinin, 38 nəfər şəxsin hərəkəti qeydə alınıb. 

Həmin şəxslərin sənədləri yoxlanılıb və sərbəst hərəkətləri təmin edilib. 

Bu, bir daha mülki ermənilərin sərhəd-buraxılış məntəqəsindən keçidində heç bir maneənin, hər hansı çətinliyin olmamasını göstərir. 
Həmçinin, Ermənistanın Azərbaycan tərəfindən Laçın yolunu blokadada saxlandığı iddialarının yalan və böhtan olduğunu növbəti dəfə sübut edir. 
 


Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin