İsmayıllıda evləri, obyektləri sel basdı, mal-qara tələf oldu, yollar bağlandı.
Bizim Media-nın Aran bürosu xəbər verir ki, bu gün İsmayıllı rayonuna yağan güclü leysan yağışından sonra əmələ gələn sel suları fəsadlar törətdi.
MÖVZU İLƏ BAĞLI:
Lahıcda güclü SEL: Rayonla əlaqə kəsildi - VİDEO
Məlumata görə dağlardan gələn sel suları rayonun şimal hissəsindəki Qəndov, Namazgah kəndlərində və Lahıc qəsəbəsində təsərrüfatın ayrı-ayrı sahələrinə ciddi ziyan vurub.
Evləri, tövlələri turizm-istirahət obyektlərini, mağazaları sel basıb, mal-qara və ev quşları arasında tələfat var, ağaclar, ekektrik və rabitə dirəkləri aşıb, qaz borusu qırılıb, əhali qazsız və işıqsız qalıb.
Sel səbəbindən yolları qalın lil qatı örtüb, nəqliyyatın hərəkəti çətinləşib, İsmayıllı şəhərindən Lahıc qəsəbəsinə gedən yol bağlanıb. Hazırda rayona yağış yağır, sel axını davam edir. Yolların təmizlənməsi üçün əraziyə ağır texnikaların gətirilməsi sel səbəbindən çətinləşib. Əhaliyə dəyən ziyan rayon fövqəladə hallar komissiyası tərəfindən dəqiqləşdirilir.
Bizim.Media, Aran bürosu