Bu ilin 27 yanvar tarixində Azərbaycan Respublikasının İran İslam Respublikasındakı Səfirliyinə qarşı həyata keçirilmiş terror hücumunun yeni görüntüləri yayımlanıb.
Bizim.Media xəbər verir ki, sözügedən hücum nəticəsində səfirliyin mühafizə xidmətinin rəisi Orxan Əsgərov şəhid olub, iki əməkdaş - Vasif Tağıyev və Mahir İmanov isə ağır dərəcəli bədən xəsarətləri alıblar.
Qeyd edək ki, hadisədən sonra Azərbaycan İrandakı səfirliyinin fəaliyyətini dayandıraraq diplomatları təxliyə edib.
Həmin hücumdan yeni görüntüləri təqdim edirik:
Bizim.Media