Korrupsiyada ittiham olunan keçmiş prezident ölkəsinə ekstradisiya edildi - FOTO

Hazırda oxunan: Korrupsiyada ittiham olunan keçmiş prezident ölkəsinə ekstradisiya edildi - FOTO

132400

ABŞ-da ev dustaqlığında olan və korrupsiya qalmaqalında adı hallanan Perunun keçmiş prezidenti Alexandro Toledo mühakimə olunmaq üçün ABŞ-dan Peruya ekstradisiya edilib. 

Bizim.Media xarici mətbuata istinadən bildirir ki, ekstradisiya qərarından sonra Toledo bu səhər yerli vaxtla saat 7.02-də paytaxt Limadakı Xorxe Çaves Beynəlxalq Hava Limanına gətirilib.

Peruda ədliyyə orqanlarına təhvil verilən Toledo daha sonra şəxsiyyətinin yoxlanılması və tibbi müayinə olunmaq üçün məhkəməyə sövq edilib.

Peru tərəfindən çirkli pulların yuyulması və dövlətə zərər vurmaqda günahlandırılan Toledo 18 ay müddətinə həbs edilib, prokurorluq isə onun üçün 20 il 6 ay həbs cəzası istəyib.
 


Bizim.Media

Etiketlər:
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin