“Kiyev hakimiyyəti döyüş meydanında öz ölkəsini müdafiə edə bilməsə, məğlub olacağı təqdirdə Polşa ordusu Rusiya ilə birbaşa qarşıdurmaya getməli olacaq”.
Bizim.Media xəbər verir ki, bu fikirləri Polşanın Fransadakı səfiri Yan Emerik Roşişevski “LCİ” telekanalına müsahibəsində bildirib.
Diplomat Polşanın hazırda müharibədə iştirak etmədiyini, əvəzində ölkəsinin Ukraynaya kömək etmək və özünü qorumaq üçün əlindən gələni etdiyini açıqlayıb.
Bizim.Media