Dünən səhər saatlarından Bakı Dəmiryol Vağzalından Bakı-Qəbələ-Bakı marşrutu üzrə ilk sürətli sərnişin qatarı yola düşüb.
Bizim.Media xəbər verir ki, bilet qiymətləri isə 14 manatdan başlayır. Amma eyni qatarda bəzi yerlər adi biletdən təxminən 6-7 dəfə baha qiymətə təklif edilir.
Qatar həftə sonları olmaqla hər şənbə günü Bakıdan Qəbələyə yola düşəcək, bazar günü isə geri qayıdacaq.
2 mərtəbəli sürətli qatar sərnişinlərin ürəyincə olsa da, onları narahat edən başqa bir məqam odur ki, Bakıdan gələn qatar rayon mərkəzindən təxminən 26 km uzaqlıqdakı Hacallı kəndində dayanır.
Gələcəkdə qatarın hərəkət qrafikinin həftədə bir neçə gün olması planlaşdırlır.
Mövzu ilə daha ətraflı videomaterialda:
Bizim.Media