Türkiyənin Hatay bölgəsində FHN-in xilasediciləri tərəfindən aparılan axtarış-xilasetmə əməliyyatları zamanı dağıntılar altından tapılan qızıl və zinət əşyaları yerli polisə təhvil verilib.
Bizim.Media xəbər verir ki, bu barədə Fövqəladə Hallar Nazirliyinin məlumatında bildirilir.
Qeyd edək ki, fevralın 6-da Türkiyənin Kahramanmaraş vilayətinin Pazarcık rayonunda 7,7 bal, Elbistan rayonunda 7,6 bal gücündə iki zəlzələ baş verib.
Dərinliyi 7 kilometr olan zəlzələ 10 vilayətdə ciddi dağıntılara səbəb olub.
Bizim.Media