Xəbər verdiyimiz kimi, Xankəndi-Laçın yolunda Azərbaycanlı ekoloq və gənc fəalların təşkil etdiyi dinc aksiyanın artıq 5-ci günü yaşanır.
Bizim.Media-nın əraziyə ezam olunmuş əməkdaşı xəbər verir ki, aksiyaya insan axını havanın soyuq olmasına baxmayaraq aktiv şəkildə müşahidə olunur.
Günün birinci yarısında gənc könüllülər dəstək üçün aksiya meydanına gəlib.
Bununla yanaşı Azərbaycan nümayəndə heyəti sülhməramlı kontingentin qərargahında görüş keçirib. Görüşdən sonra Şuşa şəhərində təşkil olunan brifinqdə bildirilib ki, görüşdə müsbət nəticə əldə olunmayıb.
Aksiya fəalı Toğrul Allahverdi əməkdaşımızla söhbətində bildirib ki, tələblərimiz yerinə yetirilənədək aksiya davam edəcək:
“Bildirildi ki, görüşdə müsbət nəticə əldə olunmayıb. Biz də aksiyanın təşəbbüskarları olaraq qərara aldıq ki, aksiyanı davam etdirək”.
Ekofəalın sözlərinə görə, aksiyaya qoşulmaq üçün minlərlə insan müraciət edib.
Daha ətraflı videoreportajda tanış ola bilərsiniz:
Elgün Gəncimsoy, Bizim.Media, Qarabağ bürosu
- A-
- A
- A+
Günün videosu
15:23 / 16.12.2022
Aksiya iştirakçısı: "Tələblərimiz yerinə yetirilənədək aksiyaya davam edəcəyik" - VİDEO
Hazırda oxunan: Aksiya iştirakçısı: "Tələblərimiz yerinə yetirilənədək aksiyaya davam edəcəyik" - VİDEO
Hazırda oxunan: Aksiya iştirakçısı: "Tələblərimiz yerinə yetirilənədək aksiyaya davam edəcəyik" - VİDEO
109997
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.